Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kolumbiyada təbii fəlakət: Başqa dövlətlərdən yardım istənildi - FOTO
Kolumbiyanın bir sıra bölgələrində meşə yanğınları tüğyan edir. Təbii fəlakətlə əlaqədar regionda fövqəladə vəziyyət elan edilib.
Bu barədə ölkənin Prezidenti Qustavo Petro bəyanat yayıb.
Onun sözlərinə görə, əvvəllər başqa məqsədlər üçün təsdiq edilmiş vəsaitlər böhranla mübarizəyə yönəldilib.
Prezident ABŞ, Çili, Peru və Kanadanın yanğınlarla mübarizədə böyük təcrübəyə malik olduğunu deyərək beynəlxalq yardım üçün müraciət edildiyini vurğulayıb. O, həmçinin BMT və Avropa İttifaqından da kömək istədiyini deyib.
Təbii fəlakətin səbəbi kimi “El Nino” hava fenomeni ilə əlaqəli isti, quru şərait göstərilir.
Q.Petro iqlim böhranının daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.
“Biz getdikcə daha çətin mərhələyə keçirik”, - deyə o vurğulayıb.
Qatı tüstü paytaxt Boqotada uçuşların təxirə salınmasına da səbəb olub.
"BMT" teqi üzrə xəbərlər
- Yalçın Rəfiyev: "Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir"
- Səməd Bəşirli: "Son illər BMT ilə birlikdə 142 milyon dollarlıq layihələr icra edilib"
- BMT Trampın qərarına görə humanitar missiyaları azaldır
- Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib
- BMT-yə ABŞ-nin Paris iqlim sazişindən çıxması ilə bağlı bildiriş daxil olub
Rəylər