Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda xidmət rəisi İŞDƏN ÇIXARILDI
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad olunub.
Oxu.Az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən, Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Həmçinin eyni tarixli digər Sərəncamla Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə olunub.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Ceyhun Hüseynov özünü xidməti silahı ilə öldürübmüş - Ekspertlərin rəyi AÇIQLANDI
- Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"
- Əxlaqsızlığa görə tutulan 85 yaşlı kişi molladır?
- Əli Əsədovdan Ədliyyə Nazirliyinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR
- Fazil Məmmədova yüksək VƏZİFƏ VERİLDİ