Azərbaycandan İrana yola salınan humanitar yardım Astara dövlət sərhədinin buraxılış məntəqəsindən keçib.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.
Humanitar yardım 10 yük avtomobili vasitəsilə İrana yola salınıb.

Azərbaycandan İrana yola salınan növbəti humanitar yardım Azərbaycan-İran sərhədinə çatıb.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.
Humanitar yardımı daşıyan yük avtomobilləri "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olublar.
Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınır.
Oxu.Az xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Bunun 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.
Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilir.
