Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb
Fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki məntəqə yaradılıb.
Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.
Qeyd olunub ki, seçki ilə əlaqədər İstanbulda 53 və 54 saylı seçki məntəqələri təşkil olunub.
Məlumata görə, vətəndaşlar seçki məntəqələrində fevralın 7-si saat 08:00-dan 19:00-dək səs verə bilərlər.
Vurğulanıb ki, səsvermə zamanı Azərbaycan vətəndaşları ümumvətəndaş pasportu olmadığı təqdirdə, şəxsiyyət vəsiqəsi təqdim edilməlidirlər.
Ən çox oxunanlar