Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Azərbaycanlı deputatlar NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcəklər
Azərbaycanlı deputatlar NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Belə ki, Milli Məclisin deputatları - NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri - parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-da Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcəklər.
İllik sessiya çərçivəsində qurumun Bürosunun, Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək. Deputatlarımız iclaslarda müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.
Səfər oktyabrın 10-da başa çatacaq.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Komitə sədri: "Şəhid və qazilərimizin mənzil məsələsi yaxın bir ildə öz həllini tapacaq"
- Evdə sosial xidmətdən istifadənin əhatə dairəsi genişləndirilir
- Azərbaycanda sosial xidmətin növləri artırılır
- Çətin həyat şəraitində olan şəxslərin qarşısına yeni tələb qoyulur
- Deputat: "Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə bəşər tarixində bir vəhşilik aktıdır"