Xarici İşlər Nazirliyi (XİN) Misir Ərəb Respublikasının 21 nəfər vətəndaşının terrorçular tərəfindən vəhşicəsinə qətlə yetirilməsini qəti şəkildə pisləyir.
Oxu.Az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Misir vətəndaşlarının terrorçular tərəfindən qətlə yetirilməsinə dair şərhlərində deyilir.
“Misir xalqına və qətlə yetirilən şəxslərin ailələrinə dərin hüznlə baş sağlığı veririk.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası Misir xalqının kədərinə şərik çıxır və bir daha terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, şərhlərdə deyilir.
XİN bəyan edir ki, Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini əzmlə dəstəkləyir.
www.oxu.az