Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasının rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Oxu.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata əsasən, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilsin.”