“Azadlıq” radiosunun Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib.
Oxu.Az-ın məlumatına əsasən, Vəkil Yalçın İmanov APA-ya bildirib ki, ofisin möhürlənməsi barədə hər hansı səbəb göstərilməyib.
Qeyd edək ki, bu gün saat 10:30 radələrində Baş prokurorluğun əməkdaşları ofisdə axtarışa başlayıblar.
13:58
Baş Prokurorluq “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarışa münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-nın sorğusuna cavabında bildirdiyinə görə, “Azadlıq” radiosunun Bakı bürosunda aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
Bu gün saat 10.30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” padiosunun Bakı bürosunda axtarışa başlayıblar. Bu barədə radionun saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.
Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa radionun iki əməkdaşı da qoşulub.