Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başlayıb
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb.
Oxu.Az xəbər verir ki, 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.
APA Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olmaqla yanaşı, bu cür tədbirlər həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət edir.
Qeyd edək ki, artıq İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova, Özbəkistan Respublikası Ali Məclis Senatının sədri Tənzilə Narbayeva, Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh, Butan Milli Assambleyasının sədri Lunqten Dorci, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani və Tacikistan Respublikası Ali Məclis Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda tədbirdə iştirak etmək məqsədilə Bakıya səfərə gəlib.
Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani, Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında görüşlər keçirilib. Spikerin həmçinin tədbirdə iştirak edən digər parlament sədrləri ilə görüşləri nəzərdə tutulub.

Mərahim Nəsib
"Asiya Parlament Assambleyası" teqi üzrə xəbərlər
- Asiya Parlament Assambleyasının növbəti illər üçün sədrləri seçilib
- Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib
- Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib
- Asiya Parlament Assambleyasının yeddi qətnamə layihəsi qəbul edilib
- Vecdi Gündoğdu: "Qərbdə müsəlmanlara qarşı nifrət və təhqir aradan qaldırılmalıdır"