Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Benin Milli Assambleyasının üzvü: "Bizə iqlimə həssas büdcə lazımdır"
"Benin iqlim dəyişikliyi məsələsində ən həssas ölkələrdən biridir. Biz iqlim dəyişikliyinin qarşısını almaq üçün siyasi iradə ortaya qoymalıyıq".
Oxu.Az xəbər verir ki, bunu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən parlament görüşündə panel müzakirəsi zamanı Benin Milli Assambleyasının üzvü Jeremie Adomahou deyib.
O bildirib ki, qarşıda duran məqsədlərə çatmaq üçün layihələr hazırlanmalıdır:
"Məsələn, sellərin gəlməsi ilə kənd təsərrüfatının dağıdılması, istixana qazlarının artması əsas problemlərdəndir. Buna qarşı tədbirlər planı olmalıdır ki, iqlim dəyişmələrini artıran bu əsas problemlərin qarşısını ala bilək. Bizim elə büdcəmiz olmalıdır ki, iqlimə həssas olsun".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- XII Qlobal Bakı Forumunun sonuncu panel müzakirəsi başa çatıb
- Azərbaycan XİN başçısı: "BMT TŞ-nin tərkibi 1940-cı illərin reallığını özündə əks etdirir"
- Prezident İlham Əliyev Albaniya prezidenti ilə görüşüb
- Albaniya prezidenti: "Bakı forumu qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir"
- ÜST rəhbəri: "Çətin danışıqlara baxmayaraq, COP29-da uğur əldə edildi"