Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bəşər Əsəd Suriyadan qaçmağı barədə ilk dəfə şərh verib
Suriyanın keçmiş Prezidenti Bəşər Əsəd ölkədən qaçışı barədə ilk dəfə şərh verərək, dekabrın 8-i səhər Dəməşqdə olduğunu bildirib.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, onun sözləri sabiq prezidentin işlər idarəsinin sosial şəbəkələrdəki hesabında yer alıb.
Əsəd həmin günün axşamı Suriya ərazisini tərk etdiyini qeyd edib.
Keçmiş prezident müxalifətin hücumu günlərində istefa vermək və digər ölkələrdən sığınacaq istəmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, paytaxtın süqutu barədə Hmeymim bazasında xəbər tutub.
Bəşər Əsəd "terrorçular" tərəfindən hakimiyyətin ələ keçirilməsindən sonra ölkədə prezident olaraq qalmağın mümkünsüz və mənasız olduğunu bildirib.
O, Rusiyaya təxliyəsindən əvvəl ordunun dağıldığını və dövlət qurumlarının iflic olduğunu qeyd edib.
Dekabrın 8-i gecə müxalifət qruplaşmaları Dəməşqi ələ keçirib. Məlumata görə, Suriya ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin başa çatdığını elan edib.
"Bəşər Əsəd" teqi üzrə xəbərlər
- İranın vitse-prezidenti: "Bəşər Əsəd uzun müddət idi ki, "müqavimət cəbhəsi"nə kömək etmirdi"
- Suriyada səfirliyimizin fəaliyyətə başlaması əlaqələrimizi yeni mərhələyə qaldıracaq
- Əsədin Suriyadan getməsinin təfərrüatı: Rusiyalı məmur müəmması
- Suriyada Əsədin qohumu saxlanılıb
- Rusiya Bəşər Əsədi Suriyaya təslim edəcək?