Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu AÇIQLANDI
"Ofeliya Sənaninin səhhətində ciddi narahatlıq yoxdur".
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında tanınmış diktor, Xalq artisti Ofeliya Sənaninin qardaşı deyib.
O bildirib ki, ötən gün ani olaraq qan təzyiqi qalxan Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
Xalq artistinin sabah xəstəxanadan evə buraxılmasının planlaşdırıldığı vurğulanıb.
Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.
O.Sənaninin nəvəsi açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.
83 yaşlı aparıcının ağ ciyərində problem yaranıb.
Qeyd edək ki, O.Sənani bir müddət əvvəl də xəstəxanaya yerləşdirilmişdi. O, açıqlamasında infarkt keçirdiyini demişdi.
"Ofeliya Sənani" teqi üzrə xəbərlər
- Ofeliya Sənani hazırkı vəziyyətindən DANIŞDI: "Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm"
- Ofeliya Sənani: "İnsult və infarkt keçirmişdim"
- Xalq artisti Ofeliya Sənaninin son vəziyyəti açıqlanıb
- Ofeliya Sənani vəsiyyət etdi: "Fəxri xiyaban istəmirəm, mənim yerim Validin yanıdır"
- Ofeliya Sənani infarkt keçirib