Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Beynəlxalq axtarışda olan Qazaxıstan vətəndaşı ölkəsinə təhvil verilib
Qazaxıstan Respublikasının 2002-ci il təvəllüdlü vətəndaşı Trofimova Anastasiya Vitalyevnanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Qazaxıstanda qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsi əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.V.Trofimova cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Baş Prokuror Milli Aviasiya Akademiyasında mühazirə oxuyub
- Kamran Əliyev: "Prokurorluğun binalarında ədalətli və düzgün qərarlar verilməlidir"
- Bakı şəhər Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış marasimi keçirilir
- Səs-küy yaradan SİYAHI: Hansı məşhur cərrahların adları çıxarıldı?
- Orduxan Bəbirov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı