Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ƏHALİNİN NƏZƏRİNƏ: İpoteka kreditlərinin ilkin ödənişi azaldılır?
Əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla güzəştli ipoteka kreditinin şərtlərinə yenidən baxılması, kreditin maksimal məbləğinin artırılması, ilkin ödənişin isə minimuma endirilməsi vacibdir.
Belə bir təşəbbüslə Ombudsman Milli Məclisdə keçirilən illik məruzəsində çıxış edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, mənzil alarkən tələb edilən ilkin ödənişin kəllə-çarxa qalxmasının səbəbi bankların minimal həddi pozmasıdır:
"İpoteka və Kredit Zəmanət Fondunun müəyyən etdiyi hədlər var. Bunlara əsasən, vətəndaş 15 faizdən aşağı ilkin ödəniş ödəməməlidir. Banklar isə həmin faizi minimum kimi qəbul edərək əlavə risklərini də həmin faizin üzərinə gəlməklə ilkin ödənişi müəyyən edir. Bu, 20, 25, bəzi hallarda 30 faiz təşkil edir. Elə vətəndaş var ki, 50-55 min ödəməyə məcbur qalır. O qədər pulu olsa, gedib həyət evi alar".
Ətraflı Baku TV-nin süjetində:

"İpoteka Krediti" teqi üzrə xəbərlər
- İpoteka imkanları bazara necə təsir edəcək?
- İpoteka kreditləri üzrə müraciətlərin sayı açıqlandı
- Bu il neçə vətəndaşımız ipoteka ilə ev ala biləcək?
- 2025-ci il üzrə ipoteka kreditləşməsi üçün limitlər ayrılıb
- İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara 540 milyon manatdan çox kredit verilib