Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinski Ağdama səfər edib.
Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün "Twitter" səhifəsində məlumat verib.
“Bu gün Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru cənab Piotr Trabinski Ağdama səfər edib. Səfər zamanı cənab Piotr Trabinskini işğal dövründə dağıdılmış Ağdam abidələri və Ağdamdakı yenidənqurma işləri ilə tanış etdik”, - E.Hüseynov qeyd edib.
Bu gün Beynəlxalq Valyuta Fondunun #Azərbaycan üzrə icraçı direktoru Mr. Piotr Trabinski #Ağdama #səfər edib. Səfər zamanı Mr. Piotr Trabinskini işğal dövründə dağıdılmış Ağdam abidələri və Ağdamdakı yenidənqurma işləri ilə tanış etdik. pic.twitter.com/T6kR8dqIxr
— Emin Huseynov (@Emin_H_official) February 23, 2022