Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlunu 75 yaşının tamam olması və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, Mehriban xanım Əliyevanın “İnstagram” səhifəsində yer alan təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğunu 75 illiyi və “Heydər Əliyev” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Polad Bülbüloğlu yaradıcılığı insanların qəlbini mehribanlıq, nəciblik, yenilməz ruh yüksəkliyi kimi hisslərlə əhatə edir. Qeyri-adi istedadı və tükənməz enerjisi ona zaman çərçivəsi ilə məhdudlaşmayan gözəl əsərlər yaratmağa imkan vermişdir. Onun mahnıları müxtəlif nəslin nümayəndələri tərəfindən çox sevilir.
Dost və pərəstişkarlarının sevgi və hörmətini qazanmış parlaq və istedadlı şəxsiyyət Polad Bülbüloğluna möhkəm cansağlığı, doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram!”.
Посмотреть эту публикацию в Instagram"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb - Foto
- Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto
- Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - Foto
- "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video
- İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür
Digər xəbərlər