Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Birləşmiş Ərəb Əmirliklərində BMT-nin COP28 Konfransı başlayıb - VİDEO
Noyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) açılışı baş tutub və bununla da konfrans rəsmi olaraq işə başlayıb.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva AZƏRTAC-a bildirib ki, konfransın açılışında COP28-in prezidenti, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin sədri Jim Skea və digərləri çıxış ediblər.
Dekabrın 12-dək davam edəcək konfransın əsas mövzuları təmiz enerjiyə keçid, iqlim maliyyələşməsi, təbiət əsaslı həllər, sosial inklüzivlik və digər məsələləri əhatə edir.
Bununla belə, konfrans çərçivəsində iqlim dəyişmələrinə təsirlərin azaldılması, iqlim risklərinə dayanıqlılıq və uyğunlaşma məsələləri üzrə digər mövzuların müzakirəsi və qərarların qəbul edilməsi nəzərdə tutulur.
Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- Nazir: "BƏƏ Azərbaycanın yaşıl enerjiyə keçid prosesində mühüm tərəfdaşıdır"
- Qastronomik səyahət və Şərq cazibəsi: Dubay atmosferinə dalma
- BƏƏ-də öldürülən ravvinin qatilləri Türkiyədə yaxalandılar
- BƏƏ-də ravvinin qətlində əli olan şəxslər həbs edildilər
- Bir sıra ölkələrdə banklar Rusiyanın "UnionPay" kartlarına xidməti dayandırıb