Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Blinkenin köməkçisi: "Azərbaycanla Ermənistan birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdır"
"ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir".
Bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.
O bildirib ki, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir:
"Hansı rolu oynayıb-oynamayacağımıza hər iki tərəf qərar verir. Biz regionda super güc olmaq iddiasında deyilik. Sadəcə region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləmək üçün buradayıq. İndiki mərhələdə tərəflər bir-biri ilə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdırlar".
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Ərdoğan: "Türkiyə Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün çalışır"
- Paşinyan: "İrəvan və Bakı sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır"
- Ermənistan sülh müqaviləsinin son iki bəndi ilə niyə razılaşıb? - Mirzoyan şərh etdi
- Ərdoğan: "Zəngəzur dəhlizi - türk dünyasına inteqrasiyanın yeni xəttidir"
- Ermənistan Təhlükəsizlik Şurası: "İrəvan sülh sazişi imzalamaq üçün Bakı ilə məsləhətləşir"