Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Növbədənkənar parlament seçkisinin təşviqat kampaniyası başlayıb
"Bu gündən etibarən namizədlərin təşviqat mərhələsinə start verilib"
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun üçün 5509 ünvan müəyyənləşdirilib:
"Bu, hər dairə üzrə 16 qapalı, 27-ə yaxın açıq məkan anlamına gəlir. Dünən bu rəqəm Naxçıvan istisna olmaqla, 5113 idi".
Mərahim Nəsib
Bu gündən növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılıb.
Oxu.Az xəbər verir ki, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
Təşviqat üçün ölkə üzrə 3 259 açıq, 1 854 qapalı yer ayrılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkisinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.
Açıq yerlərin linki - https://www.msk.gov.az/az/news/view/1353
Qapalı yerlərin linki - https://www.msk.gov.az/az/news/view/1351