Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Cəbrayıl sakini: "Yoldaşımla çıxdığım doğma torpağıma indi nəvələrimlə qayıdıram"
"Ömrümüzün ən gözəl günlərini Cəbrayılda yaşamışıq. İndi artıq nəvələrimlə qayıdıram Vətənə".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Yaqub Vəliyev deyib.
O bildirib ki, doğma torpağına qayıtdığı üçün çox sevinclidir:
"Sevincimin həddi-hüdudu yoxdur. Hər dəfə Cəbrayılın adı çəkiləndə mənim gözüm dolur. Ən gözəl günlərimi orada yaşamışam. Yoldaşımla, ailəmlə çıxdığım doğma torpağıma nəvələrimlə qayıdıram. Sevincimi sözlə ifadə edə bilmirəm.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 42 ailə (206 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Keçmiş məcburi köçkün: "Bu gün yurd həsrəti sona çatır"
- Növbəti köç karvanı Suqovuşan kəndinə çatıb, mənzillərin açarları təqdim edilib
- Ağdərə sakini: "Doğma torpaqlara Böyük Qayıdışın şahidləri və iştirakçılarıyıq"
- Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib
- Dərya Cəfərova: "Biz gözəl, abad bir şəhərdən köçkün düşdük"