Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cevdet Yılmaz və Hikmət Hacıyev ikitərəfli münasibətləri müzakirə ediblər
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.
Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında bildirib.
"Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram", - C.Yılmaz qeyd edib.
Görüş zamanı regional və qlobal məsələlər, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.
Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Sayın İlham Aliyev’in çalışma ziyareti kapsamında Cumhurbaşkanımız Sayın @RTErdogan ile bir araya geldiği buluşmaya eşlik eden Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı Yardımcısı ve kıymetli dostum Sayın Hikmet Hacıyev ile Cumhurbaşkanlığı… pic.twitter.com/hIv7wK97TO
— Cevdet Yılmaz (@_cevdetyilmaz) June 10, 2024