"Mart ayında sülh sazişi mətni üzərində danışıqlar yekunlaşıb".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, Azərbaycan tərəfinin qarşı tərəfdən gözləntiləri var:
"Bu, Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvidir. Hazırda qrupun fəaliyyətinin heç bir əsası yoxdur. Bu istiqamətdə proses davam edir. Delimitasiya üzrə təmaslar olub. İşlər davam edir. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat dəhlizi açılmalıdır".
Ceyhun Bayramov: "Mart ayında sülh sazişi mətni üzərində danışıqlar yekunlaşıb"
Məhərrəm Əliyev