"BMT-də Ümumdünya Sivilizasiyalararası Dialoq Gününün qeyd olunması ilə bağlı qətnamə Çinin təşəbbüsü ilə irəli sürülüb. Ona Azərbaycan da daxil olmaqla, 83 ölkə səs verib".
Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi brifinqdə deyib.
Səfir bildirib ki, Azərbaycanda olduğu qısa müddətdə səfirliklə mətbuat nümayəndələri arasında səmərəli əlaqələr qurulub:
"Sevindirici haldır ki, Azərbaycan mediasında iki ölkə arasındakı əlaqələrə geniş yer verilib. Mən burada olduğum iki ay ərzində çoxunuzun Çin-Azərbaycan münasibətləri ilə bağlı reportajlarını izləmişəm. Fürsətdən istifadə edib sizə diqqət ayırdığınız üçün təşəkkür edirəm".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib