Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
COP29 konfransı günlərində 57 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək - RƏSMİ
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq".
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, hazırda metronun "Koroğlu" stansiyası ətrafından 30-dan çox marşrut fəaliyyət göstərir: "Konfrans günlərində bu stansiya ətrafından - "Piramida" adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrut xətləridir. Üzbəüz tərəf isə tamamilə COP29 əməliyyatları üçün istifadə olunacaq.
Həmin 3 marşrut əsasən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcək. Metronun "Koroğlu" stansiyasına gələn marşrutların əksər hissəsi "Ulduz" stansiyası istiqamətinə yönəldiləcək və bu da təxminən 12 marşrut deməkdir. Digər marşrutlar isə "Qara Qarayev" və digər stansiyalara yönəldiləcək. Bu barədə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək".
A.Rzayev qeyd edib ki, ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşların "Avtovağzal" stansiyası istiqamətinə yönəlmələri tövsiyə edilir: "Onlar metro ilə və metro stansiyanın qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut üzrə şəhərin müxtəlif yerlərinə gedə bilərlər".
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT