Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"ATV Plus" 5 min manat cərimələndi - SƏBƏB
Yasamal Rayon Məhkəməsi "ATV Plus" MMC-ni 5 min manat cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilib. Məhkəmə "ATV Plus"un retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) olunması faktı aşkarlandığına görə cərimə cəzası tətbiq edib.
"Audiovizual Şura" teqi üzrə xəbərlər
- İsmət Səttarov: "Çox istərdim ki, Azərbaycanın hansısa serialı xaricdə nümayiş olunsun"
- Azərbaycanda iki yeni radiostansiya açılıb
- Sədr: "Şuranın sosial şəbəkədə zərərli materialların qarşısını almaq səlahiyyəti yoxdur"
- Audiovizual Şuranın sədri: "Azərbaycanda cizgi filmlərinin yerli istehsalı yoxdur"
- İsmət Səttarov: "Radio və televiziya kanallarının maliyyə dəstəyinə ehtiyacı var"