Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək? - AÇIQLAMA
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək".
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, bu taksilər qırmızı rəngli, elektrik mühərrikli taksilərdir: "Vətəndaşlar və tədbir iştirakçıları konfrans günlərində adi taksilərdən istifadə edə bilərlər. Lakin həmin taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək".
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"