Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cozef Bayden: “Azərbaycanın Ukraynaya humanitar yardımı vacib ismarış verir”
“Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir”.
Bu barədə ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda deyilir.
“Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik”, - ABŞ Prezidenti qeyd edib.
"Co Bayden" teqi üzrə xəbərlər
- Mask Baydenin hiyləgər planını açıqladı
- Tramp Bayden və Blinkenin məxfi məlumatlara çıxışını ləğv edib
- Türkiyəli ekspert "Haber Global"da husilərin Rusiya ilə gizli əməkdaşlığından danışıb
- Tramp Baydenin övladlarını dövlət mühafizəsindən məhrum etdi
- "Haber Global"da Donald Trampın Yəmən siyasəti təhlil edilib