Rusiyanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vladimir Çurov Azərbaycanda keçirilən Parlament seçkilərini demokratik qiymətləndirib və qeyd edib ki, ATƏT-in müşahidəçi missiyasının olmaması seçkilərin nəticələrinə təsir etməyib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Seçkilər yaxşı təşkil edilmişdi, məntəqələr normalara müvafiq hazırlanmışdı. Bu, Azərbaycan qanunvericiliyinə tam müvafiq şəkildə keçirilmiş ədalətli, şəffaf, demokratik seçkilər idi”, - o, jurnalistlərə bəyan edib.
O, qeyd edib ki, ATƏT-in müşahidəçi missiyasının olmaması seçkilərin təşkilinə təsir göstərməyib.
“Bizim gözlədiyimiz kimi bir müşahidəçi missiyasının olmaması seçkilərin nəticələrinə təsir göstərmədi”, o deyib.
Xatırladaq ki, Azərbaycanda bazar günü - noyabrın 1-i Parlament seçkiləri keçirilib, ali qanunvericilik orqanında mövcud 125 yer üçün 15 siyasi qüvvəni təmsil edən 767 namizəd mübarizə aparıb. İlkin məlumata əsasən, seçkilərdə iqtidar partiya “Yeni Azərbaycan” qalib gəlib, o, Parlamentdə ən azı 86 yer toplayıb.
ATƏT Azərbaycan Parlamentinə seçkiləri müşahidə etməkdən, bu ölkənin hakimiyyəti tərəfindən müşahidəçilərin sayına qoyduğu məhdudiyyət ucbatından imtina edib.