Azərbaycanın Xocavənd rayonunu 1992-ci il oktyabrın 2-də Ermənistan hərbi birləşmələri zəbt edib.
Oxu.Az xəbər verir ki, Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb.
Rayonun sahəsi 1 458 kvadrat kilometr, əhalisi 41 min 216 nəfər olub. Rayon bir şəhər (Xocavənd şəhəri - rayon mərkəzi), iki iri qəsəbə (Qırmızı bazar və Hadrut) və 83 kənddən ibarət olub.