Quyunu bağlamaq yox, istismar etmək istəyirik.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qobustan Regional Təlim,Tədris Mərkəzinin açılışında jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, quyunun ağzını yığmaq mümkün olub:
“Hazırda “Bulla”da vəziyət normaldı, artıq təmizlənmə işləri başa çatdırılıb. Quyunu bağlamaq yox, maksimum imkanlardan istifadə edərək istismar etmək niyyətindəyik.
Amerikadan avadanlıqlar gətirilib. Quyuya avadanlıqların quraşdırılması ilə bağlı işlər gedir. Biz istəyirik ki “Bulla” dəniz yatağını xilas edək.”