Aktyor Bryus Uillisin keçmiş həyat yoldaşı, aktrisa Demi Mur ağır xəstə olan sənətçinin səhhətinin təfərrüatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.
62 yaşlı məşhurun sözlərinə görə, Uillis xəstəliyin sürətlə irəliləməsindən sonra sabitlik mərhələsindədir. Qeyd edək ki, o, ağır demensiyadan əziyyət çəkir.
"Şərtləri nəzərə alaraq, Bryus indi kifayət qədər stabil vəziyyətdədir. Əlbəttə ki, bununla yaşamaq çox çətindir", - deyə aktrisa bildirib.
Xatırladaq ki, ötən ilin fevralında Uillisin idrak qabiliyyətinin tədricən itirilməsinə səbəb olan frontotemporal demensiyadan əziyyət çəkdiyi məlum olub. Aktyor təxminən 2022-ci ilin yazından sağalmaz xəstəliklə mübarizə aparır.