Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat portuqaliyalı həmkarına qalib gəldi və AŞPA məruzəçisi seçildi
Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda komitənin 2019-cu il üçün fəaliyyət proqramı və prioritetləri müzakirə olunub, komitə sədrinin hesabatı dinlənilib.
Həmçinin miqrasiya böhranının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin rolu, Şərqi Avropadan əmək miqrasiyası və onun bu ölkələrdə sosial-demoqrafik vəziyyətə təsirləri, “Brexit”in miqrasiya məsələlərinə təsiri, Avropa Şurasında miqrantların inzibati həbsinə dair sənədin kodlaşdırılması məsələləri müzakirə edilib.
İclasda Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxış edərək müzakirə olunan məsələlər barədə fikirlərini bildirib.
Komitə iclasında yeni məruzəçilərin səsverməsi keçirilib.
“Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac” mövzusunda məruzəçi seçilməsi üçün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü S.Qafarovanın və portuqaliyalı parlamentarinin namizədliyi irəli sürülüb.
S.Qafarova səs çoxluğu ilə “Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac” mövzusu üzrə məruzəçi seçilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"