Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Poladtuğay kəndində baş verib.
Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.
Uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
Oxu.Az yeniləndi!