Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Deputatdan təklif: "Büdcəyə dəymiş zərər dövlət qurumları üzrə qruplaşdırılsın"
"Hesabata əsasən, 2024-cü ildə audit nəticəsində 574.9 milyon manatlıq pozuntu aşkar edilib və büdcəyə 113.3 milyon manat zərər dəyib. Daha məqsədəuyğun olardı ki, büdcəyə dəymiş zərərlər dövlət qurumları üzrə qruplaşdırılsın və ayrıca cədvəl formasında təqdim edilsin".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, sektorlar üzrə zərərlərin də ayrıca hesablanması məqsədəuyğundur:
"Palata tərəfindən daha şəffaf və ya az şəffaf qurumların siyahısının hazırlanmasının da həyata keçirilməsi tövsiyə olunandır. Strateji plana uyğun olaraq, 98 əsas performans göstəricisindən (KPİ- Key Performance İndicators) ibarət monitorinq çərçivəsi tətbiq edilib. Əvvəlki illərdə bu göstərici 90 idi, hansı yeni göstəricilər əlavə edilib və ümumiyyətlə, seçim meyarları necədir? Hesabat dövründə 42 auditin böyük əksəriyyəti, yəni 76 faizi uyğunluq auditidir. Cəmi dörd maliyyə auditi keçirilib. Bu da kənar dövlət nəzarətinin əhatə dairəsinə təsirsiz ötüşmür".
Mərahim Nəsib
"Dövlət büdcəsi - 2025" teqi üzrə xəbərlər
- Azərbaycanda sosial xidmətlərə yeniləri əlavə edildi - DETALLAR
- "Əsrin müqaviləsi", mütərəqqi islahatlar - İqtisadiyyatımızı dirçəldən LİDER
- MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət edib
- Balakəndə sərnişin kanat yolu tikiləcək - Beş milyon manat ayrıldı
- Sosial müavinət və təqaüdlərin artırılması niyə gecikir?