Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Deputatlar AŞPA-nın yaz sessiyasına yollanır
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək.
Həmçinin Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, Xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrı-seçkilik, Avropanın diasporlar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ermənistanın intensivləşən təxribatları: "Paşinyan Trampın diqqətini regiona çəkmək istəyir"
- Kursantların statusu əsgər hərbi rütbəsinə bərabər tutulacaq
- Kursantların daşıyacaqları vəzifələr MÜƏYYƏNLƏŞİR
- Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
- Gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzası ləğv olunur