Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dini etiqad azadlığı haqqında qanun dəyişdirilməlidir - ÖZƏL
Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.
Bu haqda Oxu.Az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Komitə sədri qeyd edib ki, əslində, mövcud qanunun bütövlükdə dəyişdirilməsi, yeniləndirilməsi lazımdır.
Onun sözlərinə görə, adıçəkilən qanunun qəbulundan uzun müddət keçib.
“Azərbaycan müstəqillik əldə etdikdən sonra “Dini etiqad azadlığı haqqında” qanun 1992-ci ildə qəbul olunub və həmin vaxtdan düz 26 il ötür.
Ötən illər ərzində zaman-zaman bu qanuna xeyli sayda dəyişikliklər, əlavələr edilib. Ancaq hesab edirik ki, artıq dövrün reallıqlarına uyğun olaraq, bu qanunun tam dəyişdirilməsinə, hətta yeni qanunun qəbuluna ehtiyac var.
Bunun üzərində artıq xeyli müddətdir işlər gedir və hesab edirik ki, bu işlər yekunlaşdıqdan sonra onu parlamentin müzakirələrinə təqdim etmək olar. Ancaq indidən detalları açıqlamaq, konkret vaxt söyləməyi düzgün saymırıq.
İşlər bitəndən sonra cəmiyyəti, medianı məlumatlandıracağıq”, - deyə komitə sədri bəyan edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Mübariz Qurbanlı" teqi üzrə xəbərlər
- Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
- Prezident Mübariz Qurbanlını təltif etdi
- Komitə sədri: “ABŞ Dövlət Departametinin Azərbaycanla bağlı bəyanatını qərəzli sayır və rədd edirik”
- YAP prezident seçkisində məntəqələrdə müşahidə aparacaq şəxslərini müəyyənləşdirib - FOTO
- Yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb