Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Donald Tramp: "Zelenskinin sülh şansı var idi, amma müharibəni seçdi"
Münaqişənin həlli üzrə sülh müqaviləsi Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibə istəməsi səbəbindən imzalanmayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Zelenski Ukraynadan daha böyük olan Rusiya ilə gücünü sınamağa qərar verib.
Trampın fikrincə, sülh şansı olduğu üçün Ukrayna lideri bunu etməməli idi.
"Mən bu sazişi çox asanlıqla bağlaya bilərdim. Amma Zelenski qərara gəldi ki, müharibə istəyir", - deyə Tramp bildirib.
Ağ Evin rəhbəri diqqətə çatdırıb ki, münaqişənin əvvəlində Rusiyanın təxminən 30 min tankı var idi, Ukraynanın isə demək olar ki, heç nəyi yox idi, hər şeyi Qərb ölkələrindən alıb.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- Tramp: "Putinə zəng edəcəyəm"
- Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
- Moskvaya kütləvi dron hücumu nəticəsində ölənlərin sayı artdı
- Marko Rubio: "Ukrayna istənilən razılaşmada ərazi güzəştinə getməli olacaq"
- "Sanksiyalar cəhənnəmi": Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək