Əfv sərəncamının icrası başa çatıb.
Oxu.Az xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində həyata keçirilib.
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamının icrasına başlanıb.
Oxu.Az xəbər verir ki, 11 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı 9 nəfərə şamil edilib.
Onlardan yeddisi azadlığa çıxıb, ikisinin cəzası yarıya endirilib. Əfv edilənlərin hər biri Azərbaycan vətəndaşıdır.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 220 nəfərə şamil edilib. Onlardan 175-i tam olaraq azad edilib, 25 nəfərin cəzası yarıya endirilib, digər 20 nəfərin cəzası isə dəyişdirilib.
Mərahim Nəsib
Əfv sərəncamı 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub.
Oxu.Az-ın məlumatına görə, sərəncam sözügedən cəzaçəkmə müəssisəsində ümumilikdə 29 nəfərə şamil olunub.
Onlardan 27 nəfəri cəzadan azad olunub, 2 nəfərin cəzası isə azaldılıb.
Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrasına başlanılıb.
Oxu.Az xəbər verir ki, 10 saylı cəzaçəkmə müəssisəsində səkkiz nəfər əfv edilib.
Onlardan yeddisi Azərbaycan, biri isə Gürcüstan vətəndaşıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra edilib.
Oxu.Az xəbər verir ki, burada sərəncam ümumilikdə 17 nəfərə şamil olunub.
Ədliyyə Nazirliyinin Probasiya xidməti əfv sərəncamının icra edilməsi prosesini həyata keçirib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Probasiya xidmətinin rəisi Vüqar Ağayev bildirib ki, əfv sərəncamının şamil edildiyi 220 nəfərdən 20-si probasiya qeydiyyatında olan şəxslərdir.
"Bu 20 nəfərdən dördü Bakı şəhəri üzrə qeydiyyatda olanlardır. Onlardan biri azadlığın məhdudlaşdırılması, digərləri isə cərimə və islah işləri üzrə məhkumlardır".
Vüqar Ağayev əlavə edib ki, bu il ilk dəfə Probasiya Xidməti ilə Sosial Xidmətlər Agentliyi əfv sərəncamının icrasının ardınca həmin şəxslərin cəmiyyətə uyğunlaşması üçün müştərək iş aparacaqlar.








Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamının icrasına başlanıb.
Oxu.Az xəbər verir ki, 6 saylı cəzaçəkmə müəssisəsində altı nəfər əfv edilib.
Onlardan beşi Azərbaycan, biri isə Pakistan vətəndaşıdır.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 220 nəfərə şamil edilib. Onlardan 175-i tam olaraq azad edilib, 25 nəfərin cəzası yarıya endirilib, digər 20 nəfərin cəzası isə dəyişdirilib.





Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra edilib.
Oxu.Az-ın məlumatına görə, sözügedən sərəncam 2 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə dörd nəfərə şamil olunub.
Onlardan biri Pakistan, üçü isə Azərbaycan vətəndaşıdır.
Əfv sərəncamının icrasına başlanılıb.
Oxu.Az-ın məlumatına görə, artıq bu saatlardan Ədliyyə Nazirliyinin Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində əfv olunan şəxslər azadlığa buraxılır.
Media nümayəndələri və qeyri-hökumət təşkilatlarının əməkdaşları 2, 6,7,10, 11 saylı cəzaçəkmə müəssisələri və 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində əfv sərəncamının icrasını izləyiblər.
Aqil Vəlili
Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası bu gün həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətində təşkil olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib