Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Eldar Əzizov: "Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir, özümüzü Fransa ilə də müqayisə edə bilərik"
"Bu gün prokurorluq orqanlarının fəaliyyətini yüksək qiymətləndirirəm".
Oxu.Az-ın məlumatına görə, bunu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
E.Əzizov bildirib ki, bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da hiss olunur:
"Bu inkişaf ölkənin bütün istiqamətlərində davam edir. İşğaldan azad olunan ərazilərdə işlər sürətlə aparılır. Ora ilə yanaşı, paytaxtda və digər regionlarda inkişaf, islahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. Lakin biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəlidəyik. Balaca ölkə olsaq da, bizim sözümüz keçir".
Aqil Vəlili
"Eldar Əzizov" teqi üzrə xəbərlər
- Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
- Sakinlər şikayət etdilər - Rəhbər şəxslər iki saat ayaq üstə dinlədilər
- BŞİH rəhbəri: "Yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi"
- BŞİH rəhbəri: "Leysan zamanı tunellərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun"
- Eldar Əzizov: "Yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi işləri iki il davam edəcək"