Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Əli Əsədov: "BTQ-nin tam işə düşməsi üçün birgə səylər əhəmiyyətlidir"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin tam fəaliyyətə başlaması üçün Azərbaycan və Gürcüstanın birgə səylərinin əhəmiyyəti xüsusilə vurğulanmalıdır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda keçirilən Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirib.
"Azərbaycanın əlavə investisiyaları və Gürcüstanın göstərdiyi səylər nəticəsində BTQ-nin illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xətti, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin ayrılmaz hissəsidir. Hazırda limanın illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması istiqamətində fəal işlər görülür. Gürcüstanda yerləşən Poti və Batumi limanları da Orta Dəhlizin inkişafı üçün mühüm elementlərindəndir. Çox şadıq ki, bu gün aidiyyəti qurumlar nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq. Bütün bunlar Azərbaycan və Gürcüstanın qitələrarası tranzit proseslərində mühüm həlqə kimi rolunu daha da gücləndirir", - deyə o qeyd edib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib
- Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib
- Yük maşınları yeni qaydada yoxlanılacaq
- İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib