Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaza başsağlığı məktubu ünvanlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.
Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin "Kartalkaya" Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Mart ayında iş və istirahət günlərinin yerləri dəyişdirildi
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
- Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı
- Nazirlər Kabinetinin üç qərarı LƏĞV EDİLDİ
- Əli Əsədov pakistanlı nazirlə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib