Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əli Əsədov ÜST-ün Avropa üzrə regional direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 19-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüqe ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Bakıda davam edən COP29-un əhəmiyyəti vurğulanıb, konfrans çərçivəsində iqlim dəyişikliklərinin sağlamlığa təsirlərinin azaldılması ilə bağlı müxtəlif tədbirlərin keçirildiyi qeyd edilib.
Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən proqram və layihələrin ÜST-ün prioritet istiqamətləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Söhbət zamanı səhiyyənin müxtəlif sahələrində, o cümlədən iqlim dəyişikliklərinin insan sağlamlığına təsirlərinin azaldılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

"Əli Əsədov" teqi üzrə xəbərlər
- Baş nazirdən sürücülük kursları ilə bağlı QƏRAR
- Azərbaycanda "Fövqəladə ehtiyatların nomenklaturası" təsdiq edilib
- "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi təsdiqləndi
- Əli Əsədov Belarusun yeni təyin olunan baş nazirini təbrik edib
- Baş nazirdən uşaq müəssisələrində göstərilən xidmətlərlə bağlı QƏRAR