Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Səhiyyə naziri: "İqlim dəyişikliyinin həyatımızın hər sahəsinə təsiri var"
"İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin vaxtında və effektiv şəkildə aradan qaldırılması milli strategiyaların hazırlanmasını zəruri edir".
Oxu.Az xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq Yanaşması: İnsan İnkişafı üçün Sektorlararası Əməkdaşlığın Maksimallaşdırılması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu strategiyalar əhalinin sağlamlığını qorumalı, səhiyyə sistemlərinin adaptasiyasını təmin etməli və ətraf mühitin dəyişməsi ilə bağlı riskləri minimuma endirməlidir:
"İqlimə görə yayılan xəstəliklərin qarşısını almaq üçün gücləndirilmiş nəzarət tədbirlərinə ehtiyac var. Bu baxımdan, qəfil ekoloji problemlər qarşısında hazırlıqlı olmaq lazımdır, çünki iqlim dəyişikliyinin həyatımızın hər sahəsinə təsiri var. Ona görə də vahid sağlamlıq yanaşması uzunmüddətli təhlükələrə davamlılığı özündə əks etdirməlidir".
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Gürcüstanın iqlim dəyişiklikləri ilə mübarizədəki töhfəsini yüksək qiymətləndiririk"
- Nazir: "Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirir"
- "Franklin Templeton" aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biridir
- İlham Əliyev türkiyəli aktyoru təltif etdi
- Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"