Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşü iyunun 20-də Sankt-Peterburqda keçiriləcək.
Oxu.Az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
16:52
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün tarixi məlum olub.
Oxu.Az-ın məlumatına görə, Ermənistanın “1in.am” saytı görüşün iyunun 26-da Sankt-Peterburqda baş tutacağı barədə xəbər yayıb.
Görüşdə Vyana görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsi imkanları, o cümlədən təmas xəttində atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmləri və ATƏT-in Minsk qrupunun monitorinq imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunacaq.