Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Elmar Məmmədyarov G20 XİN rəhbərləri ilə birgə naharda
Türkiyənin Antalya şəhərində keçirilən G 20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tədbirdə iştirak edən dövlət və hökumət başçılarını müşayiət edən bir qrup xarici işlər nazirlərinin iştirakı ilə işçi nahar keçirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, naharda Azərbaycan, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Meksika, Cənubi Koreya, İndoneziya, Afrika İttifaqının hazırkı sədri statusunda Zimbabve, Argentina və Çinin xarici işlər nazirləri, Böyük Britaniyanın isə dövlət naziri iştirak edib.
Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.
Xarici işlər nazirləri terrorizm, miqrasiya və ekstremizmlə bağlı məsələləri müzakirə ediblər.
"Argentina" teqi üzrə xəbərlər
- Argentinanın paytaxtında izdihamlı etiraz aksiyası keçirilib
- Elçin Əmirbəyov Argentinada bir sıra rəsmi şəxslərlə görüş keçirib
- Buenos-Ayresdə pensiyaçılarla polis arasında qarşıdurma: Təxminən 150 nəfər saxlanılıb
- Argentinada Maradonanın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb
- Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır