Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Gürcüstana səfərə gedib.
Oxu.Az xəbər verir ki, səfərin məqsədi GUAM-ın 20 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etməkdir.
Səfər çərçivəsində Elmar Məmmədyarovun Gürcüstanın Baş naziri və digər dövlət və hökumət nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
A.M.