Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Əminə Ərdoğan: "COP29 həmrəylik və bəşəriyyətə qarşı məsuliyyətin güclü təzahürüdür"
"Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) sərhədləri aşan həmrəyliyin, təbiətə və bəşəriyyətə qarşı ortaq məsuliyyətin güclü ifadəsidir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkə hesabından yazıb.
"Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyində keçirilən COP29-un Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin ortaq evimiz olan Yer planetinə xeyirli olmasını arzu edirəm. Bu ortaq iradənin, hər kəs üçün daha ədalətli bir dünyaya qapıları açacağına ümidvaram", - deyə o bildirib.
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"