Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ərdoğan İƏT-in iclasında Qarabağdan DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) videokonfrans formatında 14-cü Zirvə toplantısında çıxış edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Türkiyə lideri çıxışında Azərbaycanın Vətən müharibəsi ilə əzəli torpaqlarının işğaldan azad etməsindən də danışıb:
“Qardaşımız Azərbaycan erməni işğalındakı torpaqlarını qəhrəmanlıqla xilas etdi, bölgədə yeni bir dövrün qapılarını açdı. Qarabağda prioritetimiz 30 illik işğalın yaratdığı dağıntıları birlikdə aradan qaldırmaqdır. Bu müddətdə təşkilat olaraq Azərbaycanla tam həmrəy olacağımıza inanıram”.
R.T.Ərdoğan həmçinin təşkilatın pandemiyaya baxmayaraq fəaliyyətini qərarlı şəkildə davam etdirdiyini bildirib:
“Sədrliyimiz dövründə açıqladığımız nümunələr istiqamətində təşkilatı gücləndirməyə kökləndik. Fəaliyyətlərimizi qlobal pandemiyanın meydan oxumasına baxmayaraq qərarlılıqla davam etdirdik. Bu qlobal fəlakətə qarşı mübarizəni ancaq güclü həmrəylik, regional və beynəlxalq əməkdaşlıqla qazana bilərik.
Təşkilatın yaradılmasından bu yana arzu olunan əməkdaşlıq səviyyəsinə çatmadığı da həqiqətdir. 100 milyard dollar hədəf üçün hamımız birlikdə gərgin əmək sərf etməliyik. Bütün dünyada epidemiyanın təsirlərinin ən çox hiss olunduğu sahələrdən biri turizm və səyahət sektorudur. Təsirləri minimuma endirmək üçün Dünya Turizm Təşkilatı prinsiplərinə uyğun bir sıra tədbirləri gördük. 2021-ci ilin itkilərin bərpa edildiyi il olması üçün hazırlıqlara indidən başladıq. Sizlərlə qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə hazırıq”.
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"