Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, səfərin fevralın 18-də baş tutması gözlənilir.
Hazırda səfərin detalları dəqiqləşdirilir.
Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək.