Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Eritreyada saxlanılan soydaşlarımız AZADLIĞA BURAXILDILAR: Vətənə gətirildilər
Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan "Caspian Marine Services B.V." şirkətinin ölkəmizdəki filialı tərəfindən istismar olunan "CMS Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətiriliblər.
Oxu.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
